Yuxarı

"Bibiheybət" imamının diplomu tanınmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bibiheybət" imamının diplomu tanınmadı

Qafqaz Müsəlmanları İdarəsinin qazisi, "Bibiheybət” məscid-ziyarətgah kompleksinin rəhbəri və imamı Hacı Mir Rahib Babayevin diplomu tanınmayıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb Rahib Babayevin 1992-1997-ci illərdə təhsil aldığı Bakı İslam İnstitutunun lisenziyasız fəaliyyət göstərməsi olub.

Axund məhkəmədə Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. İddiada qeyd edib ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə Bakı İslam İnstitutunun (BİU) — ləğv edilmiş Bakı İslam Universitetinin və hazırkı Azərbaycan İlahiyyat İnstitutunun — fəaliyyəti qanunsuz kimi qiymətləndirilə bilməz.

Nazirlikdən isə bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, Rahib Babayevin diplomunun tanınması yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmir və digər tələblərə də əməl edilməlidir.

Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların Nazirlər Kabineti tərəfindən təsdiqlənməməsi, qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi, buraxılış attestasiya komissiyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, diplom blankları nümunələrinin universitet tərəfindən təsdiqlənməsi, universitetin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda şöbələrinin yaradılması və bu günədək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını göstərir.

Məhkəmə Rahib Babayevin iddiasını təmin etməyib. Onun "dövlət nümunəli diplom blankının inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə göndərilməsi” barədə tələbi də təmin olunmayıb.

Tarix
2026.07.22 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla