Yuxarı

“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Göygöl rayonunda yerli sakinlərlə növbəti görüşünü keçirib.

Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov, eləcə də komitənin digər üzvləri iştirak ediblər.

Görüşə Səhmdar Cəmiyyətinin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri qatılıblar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “AzerGold” QSC-nin həyata keçirdiyi layihələrin rayonun sosial-ictimai və iqtisadi həyatında mühüm rol oynadığını vurğulayıb, görülən işləri yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, KSM Komitəsinin üzvü İlqar Cəlilov “Tülallar” qızıl mədəninin istismara verilməsi ilə bölgədə məşğulluğun artmasını, Cəmiyyətin fəaliyyəti nəticəsində 168 nəfər Göygöl rayon sakininin daimi işlə təmin edildiyini vurğulayıb.

Görüşdə Göygöl rayon əhalisinin rifah halının ildən ilə daha da yaxşılaşdırılması üçün atılan addımlardan və cari il ərzində uğurla həyata keçirilmiş layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusi ilə Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin 436 sakinini əhatə etmiş səyyar tibbi müayinə aksiyası vurğulanıb. Həmçinin, yaxın zamanda icrası planlaşdırılan aqrar, ekoloji və infrastruktur layihələrindən söz açılıb. Bildirilib ki, 2026-cı ilin sonuna kimi icra olunacaq layihələr baytarlıq, baramaçılıq, qadınların məşğulluğunun artırılması və ekoloji istiqamətləri əhatə edir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb.

Qeyd edilib ki, hədəf qruplarına yönəlmiş təşəbbüslərin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Tarix
2026.07.23 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla