Yuxarı

160 milyon manat maliyyə pozuntusu aşkarlanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
160 milyon manat maliyyə pozuntusu aşkarlanıb

Bu il ilk dəfə olaraq rəqəmsal həllərin köməyi ilə qanunvericiliklə müəyyən edilmiş hesabatların təqdim edilməsi 100-dən çox indikator üzrə qiymətləndirilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

O qeyd edib ki, aparılan qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim olunub

Vüqar Gülməmmədov bildirib ki, başa çatmış nəzarət tədbirləri nəticəsində 160 milyon manatdan artıq maliyyə pozuntusu müəyyən edilib.

Onun sözlərinə görə, bu məbləğin 49,8 milyon manatı dövlət büdcəsinə dəymiş ziyanı təşkil edir.

"Təqribən başa çatmış nəzarət tədbirlərində 160 milyondan çox maliyyə pozuntusu müəyyən etmişik. Onun 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası ilə bağlı qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə orqanlarına materiallar təqdim etmişik.

20,5 milyon manat maliyyə təhrifləri ilə bağlıdır, təxminən 30 milyon manata yaxın pozuntular isə səmərəlilik auditini əhatə edir”.

Tarix
2026.07.24 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla