Yuxarı

Speys TV-nin bank hesablarına həbs qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Speys TV-nin bank hesablarına həbs qoyuldu

Speys TV Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.

İş materiallarına əsasən, 2021-ci ildə Speys TV-yə "Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.

Bank bildirib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.

"Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Speys TV-nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.

Məhkəmə ərizəni qismən təmin edərək Speys TV-nin "Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.

Qərara əsasən, tətbiq edilən həbs işçilərin əmək haqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.

Tarix
2026.07.24 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla