Yuxarı

53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü

09:18

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Arif Şirin oğlu Ataşovu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb:

"Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

Tarix
2026.07.25 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla