Yuxarı

65 yaşı tamam olub, amma pensiyaya çıxa bilmir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
65 yaşı tamam olub, amma pensiyaya çıxa bilmir - Video

Zərdabın Dəkkəoba kənd sakini Mirnazim Məmmədov 65 yaşını tamamlamasına baxmayaraq, pensiya hüququndan istifadə edə bilmir.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu iddia ilə Mirnazim Məmmədov çıxış edib.

Onun sözlərinə görə, bu il martın 7-də pensiyaya çıxmaq üçün müvafiq sənədlərini təqdim edib. İlkin olaraq ona bir neçə gün ərzində pensiya kartını bankdan götürə biləcəyi deyilsə də, sonradan adına aktiv əmək münasibətlərinin olduğu məlum olub.

Vətəndaş iddia edir ki, 2020-ci ildə Bakıda işlədiyi dövrdə ona müxtəlif iş vədləri verilərək sənədləri ilə bəzi rəsmiləşdirmələr aparılıb.

Mirnazim Məmmədov məsələnin həll olunduğunu düşünsə də, pensiya üçün müraciət edərkən problemlə üzləşib. Hazırda elektron sistemdə onun adına iki əmək münasibətinin qaldığı bildirilir. Onlardan birində 250, digərində isə 270 manat maaş göstərildiyindən sosial müavinətin təyin edilməsinin mümkün olmadığı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Mirnazim Məmmədovun minimum 25 il sığorta stajı və ya 2006-cı ildən sonra formalaşmış pensiya kapitalı olmadığından, onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Lakin vətəndaşın hazırda aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə müavinətin proaktiv qaydada təyin edilməsi də mümkün deyil. Mövcud qanunvericiliyə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə yaranır.

Hüquqşünaslar bildirirlər ki, hüquqi şəxslə işə götürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müqaviləyə ya işəgötrən xitam verə bilər, ya da məhkəm qaydasında həll edilməlidir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən isə qeyd edilib ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.

Tarix
2026.07.25 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla