Yuxarı

Narkotik çəkib nömrəsiz maşın sürdü, həbs olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik çəkib nömrəsiz maşın sürdü, həbs olundu - Foto

Xətai rayon yol polisi əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan “Şevrolet” markalı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Vəliyev inzibati qaydada həbs edilib və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Tarix
2026.08.29 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla