Yuxarı

Eldar Mahmudovun mağazaları açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Mahmudovun mağazaları açıldı - Foto

Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudov ciddi fəaliyyətə başlayıb.

BakıPost.az xəbər verir ki, o, "dondurulan" işlərini qaydaya salıb, MTN ətrafında baş verən gərginlik vaxtı fəaliyyəti dayandırılan obyektlərinin açılışını edib.

Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var.

Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da məlumat yayılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb.

Məlumata görə, bu şərab evləriylə yanaşı Mahmudovun digər obyektlərində də işlərə start verilib.

Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb. Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib. Əksinə, görünür, o, həbs təhlükəsini tamamilə adladığına əmin olduğuna görə şəxsi biznesini qaydaya salmağa başlayıb.

Tarix
2016.10.20 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla