"Hərbi hissələrin sayı artırılıb. Bu, Silahlı Qüvvələrin
quruluşunun təkmilləşdirilməsi çərçivəsində aparılan
tədbirlərdəndir".
"Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu proses yeni
silah və döyüş texnikasının alınması, regionda hərbi-siyasi
vəziyyətdəki dəyişikliklər və digər faktorlarla əlaqədar
aparılır.
Nazirlikdən o da vurğulanıb ki, hərbi hissələr yeni müasir
silahlar, avadanlıqlarla təmin olunur: "Müdafiə Nazirliyinin
rəhbərliyinin məqsədi ilk növbədə ordumuzu müasir ordulara
uyğunlaşdırmaqdan ibarətdir. Bu səbəbdən də bütün istiqamətlər üzrə
mütəmadi olaraq birlik, birləşmə və hərbi hissələrin bütün növ
vasitələrlə təminatının yaxşılaşdırılması, müasir standartlara
uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir və işlər
davam etdirilir".