Milli
Məclisin deputatı tanışını tutdurub
Bir
neçə gün əvvəl Milli Məclisin üzvü Etibar Hüseynovun Azadlıq
prospekti - 88 ünvanında bir sot torpaq sahəsi üstündə dava etdiyi
Rauf Qubadova qarşı bu gün Abşeron rayon Məhkəməsinin hökmü ilə 7
sutka həbs-qəti imkan tədbiri seçilib. Rauf Qubadovun yaxınları
bildirib ki, dünən axşam gecə saatlarında Abşeron Polis İdarəsinin
əməkdaşları Rauf Qubadovun yaşadığı Nəsimi rayon Azadlıq prospekti
88-də yerləşən evinə gələrək, deputatın şikayətinə əsasən onu həbs
ediblər.
Ancaq
məhkəmə prosesində Rauf Qubadovun vəkilinin iştirakına imkan
verməyiblər.
R.Qubadovun
vəkili Fariz Namazlı saytımıza açıqlamasında bildirib ki, onlara
hakimlərin naharda olduğunu bildirərək, prosesdən kənarda
saxlayıblar: "Biz prosesə qatılanda hakim müşavirəyə getmişdi. Yəni
bizim prosesdən xəbərimiz olmadı. Hakim İlham Kərimlinin sədrliyi
ilə keçən prosesdə Rauf Qubadova dövlət hesabına vəkil
verilib".
Vəkili
olduğu halda R.Qubadovun dövlət hesabına vəkillə təmin olunmasını
anlaşılmazlıq hesab edən Fariz Namazlı Abşeron rayon Məhkəməsinin
qərarından apelyasiya şikayəti verəcəklərini dedi.
Qeyd
edək ki, deputat bir müddət əvvəl Rauf Qubadovun Xırdalan
şəhərindəki evini satın alıb. Evin yaxınlığındakı bir sot torpaq
sahəsi tərəflərin narazılığına səbəb olub. Abşeron rayon Polis
Şöbəsindən aldığımız xəbərə görə, şəxsin həbs edilməsinin deputatın
şikayəti əsasında baş verdiyi bildirilib. Millət vəkili şikayət
ərizəsində qeyd edib ki, Rauf Qubadov onu təhqir edib.
Deputatın
niyə təkzib edirdi?
Məlumat
üçün qeyd edək ki, hadisə iki gün öncə baş verim. Axar.az olaraq
ilkin mənbədən aldığımız məlumatda bildirilirdi ki, deputat Etibar
hüseynov Nəsimi rayonu, Azadlıq prospekti-88 ünvanında yaşayan bir
sakini təhqir edib və onun ünvanına nalayiq sözlər işlədib. Yalnız
qonşuların müdaxiləsindən sonra deputat hadisə yerindən
uzaqlaşıb.
Etibar
Hüseynov bu xəbəri birmənalı olaraq inkar etsə də, Azadlıq
prospekti-88 ünvanında olub, mübahisə edən tərəfi – Rauf Qubadovu
tapa bildik. R.Qubadov mübahisəni və deputatın onu təhqir etdiyini
təsdiqlədi. R.Qubadovun bildirdiyinə görə, E.hüseynov ötən il ondan
Xırdalan şəhərində yerləşən mənzilini satın alıb. Alğı-satqıya
düşməyən və R.Qubadovun ixtiyarında qalan 1 sot torpaq sahəsini də
deputatın ucuz qiymətə almaq istəyi tərəflərin narazılığına səbəb
olub və mübahisə yaranıb.
Qeyd
edək ki, R.Qubadov hörmətli deputatın onu təhqir etməsi ilə bağlı
şikayət verdiyini bildirmişdi.
Yalnız
xəbər mətbuata çıxdıqdan sonra hörmətli deputat Etibar Hüseynov
Rauf Qubadovla mübahisə yaşadığını etiraf etdi və qarşılıqlı olaraq
polisə müraciət etdiyini açıqladı.
E.Hüseynovun
polisə müraciətindən cəmi bir gün sonra isə R.Qubadov Nəsimi
rayonunda yerləşən evindən həbs edilərək, Abşeron rayon Polis
İdarəsinə aparıldı.
Rauf
Qubadovun həbsindəki müəmma
Tərəflər
arasındakı mübahisə Nəsimi rayonu ərazisində baş verirsə, yəni
hadisə Nəsimi rayonuna aiddirsə, Abşeron polisi niyə şikayəti qəbul
etməlidir?
Digər
tərəfdən, R.Qubadov şikayət verdiyi halda, niyə polis idarəsi
qarşılıqlı şikayət verən deputatın ərizəsi əsasında cəmi bir günə
fəaliyyətə keçməlidir?
Suallara
aydınlıq gətirmək üçün DİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq.
Orxan Mansurzadə bildirdi ki, hadisənin baş verdiyi ərazi üzrə
müvafiq polis bölməsinə müraciət edilir. Hadisəni təsdiq edən DİN
rəsmisi bu məsələ ilə bağlı ətraflı məlumatı Abşeron rayon Polis
İdarəsindən ala biləcəyimizi bildirdi.
Abşeron
Polis İdarəsi rəisinin köməkçisi Samir Əsgərov isə təhqiqat
şöbəsinin müdirinin və idarənin başqa yetkili zabitlərinin iş
başında olmadığını söylədi. Şikayətlər və ərizələr şöbəsinin müdiri
polis polkovnik-leytenantı Surxay Cəfərovla da əlaqə saxlamaq
cəhdimiz uğursduz oldu.