Yuxarı

Baharın Azərbaycana gəliş vaxtı bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baharın Azərbaycana gəliş vaxtı bəlli oldu

Baharın Azərbaycana gəlişi sabah axşam saatlarında baş verəcək.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində qədəm qoyacaq.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Qeyd edək ki, fevralın 25-də Azərbaycan ilk, martın 18-də isə axır çərşənbə qeyd olunub.

Tarix
2014.03.19 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

Ermənistan da daxil, bütün qonşularımızla…

Bayramov Arakçı ilə danışdı

Diplomatlar Xankəndidə Zəfər Parkında - Video

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Azərbaycan regionda hərbi əməliyyatlar fonunda...

Sərəncam: Bu sistemlər yenilənir, onlar üçün evlər tikilir

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla