Yuxarı

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

"Biletim.az" portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqdə funksionallıq artırılaraq bəzi yeniliklər edilib.

Axar.az xəbər verir ki, artıq "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən istifadəçiyə şəxsiyyət vəsiqəsi məlumatlarını (fin kod və seriya nömrəsi) daxil etməyə ehtiyac qalmır. Sərnişinlər, sadəcə, sənədi telefonla skan edərək şəxsi məlumatlarını daha sürətli formada doldura bilərlər.

Yeni funksiya bilet alışını daha sürətli həyata keçirməyə imkanı yaradır.

Tətbiqdə digər bir yenilik xəritə və dayanacaqlar bölmələrində edilib. Xəritə bölməsində aparılan təkmilləşdirmə işləri nəticəsində sərnişinlər marşrutlar üzrə avtobusların faktiki yeri, son təyinat məntəqəsinə çatma vaxtı və digər məlumatları əldə edə biləcəklər. Dayanacaqlar bölməsindən isə avtobuslara minik yerlərinin ünvanını, əlaqə nömrəsini öyrənmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl istifadəçilərə "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. Buna qədər portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.

Qeyd edək ki, hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub.

Tarix
2026.07.30 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla