Yuxarı

İtkin düşən balıqçılar tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkin düşən balıqçılar tapıldı

Azərbaycanın Siyəzən rayonunda itkin düşən 5 balıqçının yeri müəyyənləşib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri vasitəsilə onlara yanacaq verilib.

Qayığın sahibi Rauf Paşayevin verdiyi məlumata görə, balıqçılarla mütəmadi əlaqə saxlayırlar: "Onlar sağdırlar və sahilə doğru yaxınlaşırlar".

Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5 balıqçının itkin düşməsi barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Balıqçıların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.

Bununla bağlı FHN-in qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.

Tarix
2014.03.26 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla