Yuxarı

Kamran Əliyev yayılan videodan danışdı: Yalandır…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əliyev yayılan videodan danışdı: Yalandır…

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Masallı rayon Yol Polisi şöbəsinin əməkdaşı, polis kapitanı Şəmşir Kərimov barəsində yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və faktlar təsdiqini tapmayıb:

"Bu, ötən ilin noyabr ayında çəkilmiş videodur və həmin görüntü noyabr ayında yayılmışdı. Məsələ ilə bağlı araşdırma aparıldı və məlum oldu ki, Masallı rayon sakini Aydın İslamov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və yol polisi əməkdaşları tərəfindən cərimələnib. Həmin şəxs də belə bir açıqlama verməklə yol polisindən qisas almaq istəyib. Məsələ ilə bağlı həmin şəxs yazılı izahat verərək səhvini boynuna alıb və yalan danışdığını etiraf edib. Videoda danışan Masallı rayon sakini bildirib ki, videonun yenidən yayılmasından xəbəri yoxdur".

Qeyd edək ki, Masallı rayon sakini A.İslamov Masallı rayon Yol Polisi şöbəsinin əməkdaşı Ş.Kərimov tərəfindən saxlanılaraq sənədlərinin alındığını, şəxsiyyət vəsiqəsini yerə ataraq tapdaladığını və onu təhqir etdiyini bildirən videogörüntü yayımlayıb.

Tarix
2017.01.26 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla