Yuxarı

Mehman Hüseynov ölkədən niyə çıxa bilmir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2012-ci ildə mənə cinayət işi açılıb. Guya mən 6 nəfər çevik polis əməkdaşını döymüşəm. 2 il keçməsinə baxmayaraq, hələ də istintaq işi aparılır və bunu bəhanə edərək mənə ölkədən qırağa çıxmağa icazə vermirlər".

Bu sözləri "Axar.az"a açıqlamasında foto-reportyor Mehman Hüseynov ölkədən çıxa bilməməsindən danışarkən dedi:

"Məhkəmə başlamayıb, amma iki ildir araşdırılır. Gülüncdür vallah, Mehman Hüseynov və 6 çevik polis əməkdaşı... Belə şeyi balaca uşağa desən, o da gülər. Necə olur sən 6 çevik polis əməkdaşını, yəni idmançıları döyəsən, xəsarət alalar, xəstəxanaya düşələr?".

Mehman Hüseynov bildirdi ki, artıq bir neçə dəfə beynəlxalq mükafatlara layiq görülüb və barəsindəki araşdırmaya görə ölkədən çıxa bilmir:

"Bir neçə dəfə ölkədən çıxmaq zərurəti yaranıb, ancaq bunların heç birində məni buraxmayıblar".

Məsələ ilə bağlı Bakı Şəhər Prokururluğu, Səbail rayon Polis idarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Səbail rayon Polis idarəsindən əməkdaşımıza bildirdilər ki, o məsələ ilə bağlı Şəhər prokurorluğu ilə əlaqə saxlayaq:

"Bu məsələ şəhər prokurorluğundadır. Araşdırma polis orqanlarında aparılmış olsa belə, biz heç bir açıqlama verə bilmərik. Mətbuata açıqlamaları ancaq DİN-ın mətbuat xidməti verə bilər".

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Günel Əkbərova isə əvvəl suallarımızın cavabını e-mail ünvanımıza göndərəcəyini desə də, göndərmədi. Daha sonrakı zəngimizdə isə bizə başqa ünvana üz tutmağı məsləhət gördü:

"Bu məsələ ilə bağlı DİN-in mətbuat xidməti ilə əlaqə saxlamalısınız. Mən öyrəndim, məsələyə onlar baxır".

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Mehman Hüseynov barəsindəki araşdırmadan xəbərsiz olduğunu dedi:

"Mənim bu mövzudan xəbərim yoxdur. Mən heç bilmirəm ki, araşdırma başlayıb, ya yox. Araşdırıb cavab verərik".

Nə vaxt cavab verəcəklərinə gəlincə isə rəis müavini:

"Bizim nə qədər işlərimiz var. Oturub indi onunla məşğul olası deyilik ki? Haçan vaxtımız olsa, onda baxacağıq", - dedi.

Tarix
2014.04.11 / 17:05
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla