Almaniyanın "Die Welt" internet portalında Azərbaycan
ərazisində ən qədim insan məskənlərindən biri olan
Xınalıq kəndi haqqında material dərc edilib.
"Axar.az" həmin məqaləni təqdim edir.
"Xınalıq tarixi qədim dövrlərə söykənən bir kənddir. Xınalıq
kəndi Dağıstanla sərhəd olmaqla bərabər, Böyük Qafqaz sıra dağları
ilə əhatə olunur. Beş min illik tarixə malik bu əfsanəvi yer
dünyanın ən qədim yaşayış yerlərindən biridir. Ayrıca Xınalıq
Azərbaycan Respublikası ərazisində ən hündür nöqtədə yerləşən
kənddir. Xınalıqdan Quba şəhərinə getmək üçün 63 km yol uzanır ki,
bu da təxminən 3 saat vaxt alır.
Kələ-kötürlü bu yol dağlar, çaylar və şəlalələr arasında
yerləşir. Qışda yağan qar kəndə gedən yolun bağlanmasına səbəb
olur.
Kənddə yaşayan təxminən 2 min nəfər öz dilində danışır".
Qeyd edək ki, hazırda Xınalıq kəndinə asfalt yol çəkilib.
Görünür, məqalə müəllifi bu kəndə daha öncə səfər edibmiş.