Orta əsrlərin məşhur həkimi
olan Paraçels bu dünyadan köçən insanların yuxumuza girərək verdiyi
tövsiyyələrə diqqətlə qulaq asmağı məsləhət görür.
"Axar.az" xəbər verir ki, yuxuya gedən insanlar ölən şəxslərdən
çox dəyərli məsləhətlər ala bilərlər. Bunu hələ keçmiş əsrin
astroloqları da deyirdi.
Bəlkə də bu ona görə belədir ki, ölən insan haqqındakı
düşüncələr bizə çox yaxındır və beynin yatmış hissələrindən həyat
biliklərinə sövq edir.
Bəzən deyirlər ki, əgər yuxuda ölən insanı gördünsə bu havanın
dəyişilməsinə bir siqnaldır.
Dünyasını dəyişən yaxın dostunun səsinin yuxuda eşidilməsi pis
hadisə baş verəcəyindən xəbər verir.
Əgər insan ölüm haqqında yuxu görürsə, bu hansısa hadisədən
xəbərdarlıq edildiyinə işarədir.
Əgər insan dünyasını dəyişmiş atasını yuxuda görürsə, bu o
deməkdir ki həmin şəxs qurduğu planları diqqətlə nəzərdən
keçirməlidir.
Əgər insan yuxuda dünyasını dəyişmiş anasıyla söhbət edirsə, bu
o deməkdir ki, həmin insan sağlamlığına diqqət yetirməlidir. Eyni
zamanda, öz vərdişlərinə kənardan baxmalıdır.
Rəhmətə gedən qardaşı yuxuda görmək isə kiməsə qayğının, dəstək
və şəfqətin ehtiyacı olduğuna işarədir.