Yuxarı

Psixoloq : "Özünə cəza vermək istəyən kişilər yanmağı seçir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Psixoloq : "Özünə cəza vermək istəyən kişilər yanmağı seçir"

Kişilər arasında intihar məqsədilə özünü yandırmaq halları artıb.

Bu haqda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova Reporta-a açıqlamasında məlumat verib:

“Özünü yandıraraq intihar etmə halları qadınlar arasında əvvəllər çoxluq təşkil etsə də, keçən il kişilər arasında bu göstərici daha çox müşahidə olunub. Yanıqlar – termiki, kimyəvi, elektrik, günəş və şüanın təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir. Yanıqlar I, II, III və IV dərəcəli olur. Bunlardan ən ağırı IV dərəcəli yanıqlardır. Belə ki, bu yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları, bəzən də sümükləri əhatə edir. Bu zaman əzələ “bişmiş ət” şəklini alır”.

Həkim-cərrahın açıqlaması bir sualı gündəmə gətirir: Kişilərin özünü yandırmağa meylli olmasının səbəbi nədir?

Müsavat.com saytına mövzu ilə bağlı danışan psixoloq Vəfa Rəşidova bildirib ki, insanın seçdiyi intihar növü onun psixoloji durumundan asılıdır:

“İnsanlar müxtəlif intihar növlərinə üz tutur. Bu onların şəxsi, psixoloji durumundan asılıdır. Əgər bir şəxs özünü cəzalandırmaq istəyirsə, özünü yandırır. İntihar edən şəxslərin psixologiyasına nəzər salanda görürük ki, sözügedən şəxs uzun zaman depressiya yaşayıb, həyatdan yorulub, özü ilə bağlı problemləri aşa bilməyib. Nəhayət, özünü cəzalandırmaq üçün canına qəsd edib. Yaxınlarını cəzalandırmaq istəyən şəxs isə intiharı onların gözü qarşısında edirlər. Düşünürlər ki, onların bu addımı yaxınlarına ən böyük cəzadır.

Kişilərin özünü yandırmağa üstünlük verməsinin səbəbi isə yaşla əlaqədardır. Yeniyetmələr heç zaman belə intihara əl atmaz. Əsasən, 40-50 yaşı keçmiş kişilər özünü yandırır. Burada xarakterin də önəmi var. Kişilər adətən ağır intihar növünə müraciət edirlər”.

V. Rəşidova intihar hallarının artmasında medianın rolundan da danışıb:

“Mediada yayımlanan intihar xəbərlərinin insanların psixologiyasına güclü təsir etdiyini demək olmaz. Əsasən həssas və psixoloji durumu yerində olmayan insanlar bu cür xəbərlərdən təsirlənir. Bu da çox az hallarda baş verir. İntihar xəbərlərində yeniyetmələr və gənclər intihar təsirlənə bilər. Orta yaşlı insanlarda isə əsasən gərginlik və stress yaşadır. Ona görə bu cür xəbərlərin mediada az yer almasının tərəfdarıyıq”.

Tarix
2017.03.05 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla