Yuxarı

Türkiyə məhsullarını Gürcüstanda nümayiş etdirir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gələcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyindən Axar.az-a verilən məlumata görə, Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.

Sərgidə Türkiyə stendini ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq ediləcək. Eyni zamanda, ziyarətçilər təsbeh, ebru, çini (dulusçuluq), ipək toxuma ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olacaqlar. Bunun üçün xüsusi olaraq ebru ustası Yılmaz Eneş, təsbeh ustası Hüseyn Çelik, çini ustası Zərifə Məmmədova, ipək toxuma ustası Sevgi Yüksəl Uzunöz sərgiyə dəvət olunub.

Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçiləri Müzəffər Özdəmir və Birol Topaloğlunun ifasında hər gün canlı musiqi proqramları təqdim olunacaq. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirəcək. Sərginin sonuncu günündə baş tutacaq çəkilişdə qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunacaq. Habelə, Türkiyə Hava Yollarının xüsusi qonağı kimi sərgidə iştirak edəcək məşhur kino və teatr aktyoru Məhmət Usta Türkiyə stendində sevənləri ilə görüşəcək.

Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.

Tarix
2017.04.26 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla