Yuxarı

Zaqatalada 3 nəfər bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada 3 nəfər bıçaqlandı

Üç nəfər Zaqatala rayon sakini naməlum şəraitdə bıçaqlanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, may ayının 5-i, axşam saatlarında rayonun Kebeloba kənd sakinləri, 1996-cı il təvəllüdlü Zəngiyev Süleyman Rauf oğlu, 1988-ci il təvəllüdlü Bölöyev Həbib Rəşid oğlu və rayonun Car kənd sakini Abdullayev Aydın Məhərrəm oğlu bədənlərinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.

Bədənin sağ kürək nahiyyəsindən daxilə nüfuz edən iki kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Süleyman Zəngiyevin üzərində əməliyyat aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Süleyman Zəngiyevin vəziyyətinin ağır olduğu bildirilir. Həbib Bölöyevin və Aydın Abdullayevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Üç nəfərin nəməlum şəraitdə bıçaqlanması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədər rayon PŞ-də cinayət işi başlayıb, yuxarıda adıları qeyd olunan şəxslərin harda və hansı şəraitdə, kim və yaxud kimlər tərəfindən bıçaqlanması araşdırılır.

Tarix
2014.05.06 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla