Yuxarı

Özoral: Bu, Bakı Limanını Türkiyə üçün daha da...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özoral: Bu, Bakı Limanını Türkiyə üçün daha da...

Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Türkiyə üçün daha cəlbedici edəcək.

Axar.az xəbər verir ki, bu sözləri iyunun 5-də Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanışlıq zamanı bildirib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanında yaradılan şərait və Azad Ticarət Zonası ilə bağlı səfirə məlumat verib. Həmçinin TIR sürücüləri ilə söhbət zamanı sürücülər onlar üçün hər cür şərait yaradıldığını deyib, Bakı Limanında göstərilən xidmətlərin keyfiyyətindən razı qaldıqlarını söyləyiblər.

Səfir Erkan Özoral bildirib ki, Bakı Limanında daşımalarla bağlı günün tələblərinə cavab verən xidmətlər göstərilir. Buna TIR sürücüləri ilə söhbət zamanı da şahid olub.

"Bakı Limanı Türkiyə ilə Asiyanı birləşdirən bir qapıdır. Burada vacib layihələrdən biri olan Azad Ticarət Zonası yaradılır. Bu layihə Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, Bakı Limanını Türkiyə və digər ölkələr üçün daha cəlbedici edəcək. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi işə düşdükdən sonra Bakı Limanının əhəmiyyəti daha da artacaq", - deyə səfir vurğulayıb.

Tarix
2017.06.05 / 15:31
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla