Yuxarı

Qızını erməni milyonçuya ərə verən Eldar Osmanov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızını erməni milyonçuya ərə verən Eldar Osmanov kimdir?

İyulun 1-də ABŞ-ın Los-Anceles şəhərində rusiyalı biznesmen Eldar Osmanovun qızı Lolita Osmanova olduqca dəbdəbəli toy mərasimi ilə erməni biznesmen Albert Avdolyanın oğlu Qaspar Avdolyanla evlənib. Toy mərasimi ənənəvi “Oskar” mərasimlərinin keçirildiyi “Dolby Theatre”də baş tutub. Toyun aparıcıları Kseniya Sobçak və Andrey Malaxov olublar. Qonaqları Svetlana Loboda, Nikolay Baskov, Stas Mixaylov və Ledi Qaqa əyləndiriblər.

Virtualaz.org xəbər verir ki, toya 10 milyon dollara yaxın xərc çəkildiyi təxmin edilir. Eldar Osmanov Rusiyada tanınmış biznesmendir və "Mejreqionsoyuzenerqo" şirkətinin sahibidir. Albert Avdolyana gəlincə, o, telekommunikasiyalar sahəsində işləyir, “Forbes” onun sərvətini 800 milyon dollar civarında qiymətləndirir. Avdolyan 1970-ci ildə Krasnodarda anadan olub, Rusiyanın 200 ən varlı adamı siyahısındadır.

Bəs qızını erməni multimilyonerin oğluna ərə verən Eldar Osmanov kimdir? Ad və soyadına görə ilk baxışdan azərbaycanlı olduğu təxmin edilə bilən bu biznesmen Rusiyanın Kabardin-Balkar Muxtar Respublikasında anadan olub. İnternet mənbələrində göstərilir ki, Osmanov vətənində ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. O, doğma kəndi Babugentə sponsor dəstəyi verir, habelə Kabardin-Balkarın başqa kəndlərinə pul xərcləyir. Osmanovun pulu hesabına iki kənddə məscid tikilib. Babugent kəndində isə idman kompleksi inşa olunub. Habelə o, kənd administrasiyasına yük buldozeri, MAZ avtobusu və “Belarus” traktoru hədiyyə edib. Bu xeyriyyəçilik fəaliyyətinə görə Osmanov Kabardin-Balkar parlamentinin fəxri fərmanı ilə təltif olunub.

Tarix
2017.07.03 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Mehdiyevin məktubu saxtadırmı? - Sabiq deputat

İlham Əliyev Petr Paveli təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla