Yuxarı

Qusarda təqaüd kartından 2080 manat oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusarda təqaüd kartından 2080 manat oğurlandı

Qusarda 89 yaşlı qadının təqaüd kartından pulu çıxarılaraq oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.

Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z.Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə ediblər. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Sələh-oba kənd sakini Ruslan Hacımətov olması müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, R.Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq təmənnasız onun evində yaşayırmışlar. Həmin qadının hər ay təqaüd aldığını bilən onun bank kartının saxlanc yerini müəyyən edərək cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarıb, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoyub.

Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlanması müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Tarix
2017.07.04 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla