Yuxarı

Gənclər “Baksell”də təcrübə keçməyə başlayırlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər “Baksell”də təcrübə keçməyə başlayırlar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətin Satış və Marketinq şöbələrində təcrübə keçməyə başlayırlar.

Şirkətdən Axar.az-a verilən məlumata görə, təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edəcəklər. “Baksell” şirkəti 2 ay ərzində təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün onlara müvafiq təqaüd ödəyəcək. Təcrübə proqramı başa çatdıqda isə bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təmin olunacaqlar.

Bu il “Smart Start” proqramına maraq göstərən 1000-dən artıq gənc proqramda iştirak etmək üçün müraciət formasını təqdim edib. Onlardan 188 nəfər birinci seçim mərhələsindən keçərək şirkətin Kadrlar şöbəsi tərəfindən müsahibələrə dəvət olunub və bu mərhələni keçən 42 namizəd şirkətin Satış və Marketinq şöbələrində çalışan faktiki təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən müsahibələrdə iştirak ediblər. Təcrübə proqramında iştirak hüququnu isə yalnız 8 gənc qazana bilib.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş bu proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, hazırda “Smart Start” təcrübə proqramının məzunlarından 12 nəfəri artıq “Baksell” şirkətinin müxtəlif şöbələrində işlə təmin olunub, digər məzunlar isə şirkətdə yeni yaranan vakansiyalara potensial namizəddirlər.

Tarix
2017.07.10 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla