Yuxarı

DİN çağırış etdi: diqqətli olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN çağırış etdi: diqqətli olun!

Qadın Krizis Mərkəzi adlı qeyri-hökumət təşkilatının rəhbəri Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların Türkiyə ərazisinə keçmələrinə dair açıqlamalar verib.

"Axar.az"ın xəbərinə görə, bu məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə nazirlik qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib.

Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvarın 1-dən bu günədək Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib.

Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökumət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları yaymamağa çağırır.

Tarix
2013.11.20 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla