Yuxarı

Bakı və Abşeronda sürüşmə riskini artıran - Səbəblər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların isti keçməsinin Bakıda və Abşeron yarımadasında torpaq sürüşməsi proseslərinin aktivləşməsinə təsiri yoxdur.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, torpaq sürüşməsinin aktivləşməsinə atmosfer yağıntılarının, küləyin, texnogen amillərin təsiri var: “Havaların isti keçməsinin bu prosesə təsiri yoxdur. Bəzi hallarda aldadıcı fon yarana bilir, yəni sürüşmə sahələrində olan çatlarda genişlənmələr ola bilir. Ancaq bu quraqlıqla əlaqədar olan amildir, sürüşmə prosesinin genişlənməsi demək deyil. Torpaq qatı quruyur və çatlarda genişlənmə əmələ gəlir”.

R.Həsənovun sözlərinə görə, son zamanlar atmosfer yağıntıları olmasa da, Abşeron yarımadasında bəzi sahələrdə sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb: “Bu özünü Zığ sürüşmə sahəsində göstərib. Burada həm təbii, həm də texnogen amillərin təsirindən sürüşmə, çökmə prosesinin dinamikasında aktivlik baş verib. Bundan əlavə, Abşeron rayonunun Masazır qəsəbəsində “Zəli gölü” deyilən ərazi var, bura yeni sürüşmə sahəsidir. Burada da həm təbii, əsasən də texnogen amillərin təsirindən sürüşmə və çökmə prosesinin dinamikasında aktivlik müşahidə edilib. Texnogen amillər dedikdə, burada yamacın şaquli kəsilməsi, təsərrüfat və tullantı sularının birbaşa yamaca axıdılması sürüşmə prosesində aktivləşməyə səbəb olur, çünki ərazidə olan suxurlar atmosfer yağıntılarına, təsərrüfat və tullantı sularına, yuyulmaya həssasdır. Eyni zamanda, ərazidə bir neçə yerdə evlərin tikilməsi yamacın dayanıqlığının itirilməsinə səbəb olub”.

R.Həsənov vurğulayıb ki, qeyd olunan ərazilər sürüşməyə meyillidir, burada həmişə proses gedir: “Daim müşahidə edirik ki, bu ərazilərdə aktivlik var”.

Tarix
2017.08.25 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla