Yuxarı

Moskvada sərgi start götürdü: Bakı ilk dəfə…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın da öz məhsulları ilə qatıldığı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi bu gün işə başlayıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın eksklüziv partnyor olduğu 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək. Sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

Azərbaycan ilk dəfə olaraq "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin yeganə eksklüziv partnyorudur. Sərgidə 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsulları növbəti dəfə vahid ölkə stendi ilə nümayiş olunacaq.

Vahid Azərbaycan stendində yerli şirkətlərimizin istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Qeyd edək ki, sərgi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Tarix
2017.09.11 / 12:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla