Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının
Daxili İşlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə
olub.
Axar.az FHN-in rəsmi saytına istinadən bildirir ki, nazir
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin
paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət
edib.
Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun Baş
katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşüb.
Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət
sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən
K.Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən
ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr
həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi
edir.
Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah
Benkirane ilə görüşündə isə FHN-in fəaliyyət istiqamətləri,
strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin
başçısına ətraflı məlumat verilib, bu ölkənin müvafiq qurumları ilə
əməkdaşlığın geniş perspektivləri vurğulanıb.
Abdelilah Benkirane bildirib ki, onun ölkəsi Azərbaycanla
müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının
alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı
gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin
beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı
prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə
dəstəyinin davam etdiyini bildiriblər.
Daha sonra Kəmallədin Heydərovun Mərakeş Krallığının
Urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned
Lanser və Daxili İşlər naziri Məhəmməd Həssa ilə görüşləri
keçirilib.
Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa
"Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti
arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair"
Sazişi imzalayıblar.