Yuxarı

“Azadlıq” metrostansiyası çökə bilər? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azadlıq” metrostansiyası çökə bilər? -

"Azadlıq" metrostansiyasının üzərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binası metrostansiya üçün təhlükə yaradır.

Bəzi sosial şəbəkə istifadəçiləri sözügedən stansiyanın demək olar ki, üzərində tikilmiş Abşeron Kristal MMC-yə məxsus yeni yaşayış kompleksinin metronun çökməsinə səbəb olacağını bildirib. Sosial şəbəkə istifadəçiləri iddia edir ki, bu stansiyanın platformasının sütunsuz olması vəziyyəti daha da təhlükəli edir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxtda fəaliyyət göstərən bütün stansiyaların üzərində yaşayış binaları yerləşir:

Bakıda fəaliyyət göstərən metrolar hamısı yeraltından keçir. Bütün stansiyaların üzərində də tikililər var. Həmçinin də “Azadlıq” stansiyasının. İndiyə qədər bu stansiyanın ətrafında bir çox şirkətlər tikinti aparıb, həmçinin uzun illərdir yaşayış binaları da var.

Bakı Metropoliteni QSC heç vaxt sərnişinlərin hərəkətinə mane törədə biləcək və ya sərnişinlərin həyatına təhlükə yarada biləcək bir işin aparılmasına icazə verməz. Metronun üstündə tikililərin olması normaldır. Bakı metrosunun 25 stansiyası və 3 xətti var. Onların hər birinin üstündə də tikililər mövcuddur”.

Tarix
2017.11.10 / 13:26
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Azərbaycanla yardımla bağlı saziş imzaladıq - Sibiqa

Zelenskinin danışıqlar üçün Bakı təklifi: Rusiyadan cavab...

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla