Ayfon cihazlarının Azərbaycanda hal-hazırda rəsmi satışını təqdim edən yeganə mobil operator Azərsell Telekom MMC abunəçiləri üçün yeni sərfəli kampaniyaya başlayıb.
Axar.az xəbər verir ki, 15 Noyabr 2017-cı il tarixindən müxtəlif Ayfon telefonları hədsiz tarifləri və internet paketləri ilə birgə abunəçilərə təqdim olunur.
1. Ayfon 8 (64GB)
2. Ayfon 8 (256GB)
3. Ayfon 8 plus (64GB)
4. Ayfon 8 plus (256GB)
5. Ayfon 7 (32GB)
6. Ayfon 7 (128GB)
7. Ayfon 7 plus (128GB)
8. Ayfon 6S plus (32GB)
9. Ayfon 6 (32GB)
Kampaniyaya qoşulmaq üçün nömrə sahibi tərəfindən ilkin ödənişin edilməsi və iş yerindən arayışın təqdim edilməsi tələb olunur. “Azərsell”in təklif etdiyi bu sərfəli kampaniyadan yararlanmaq istəyən abunəçilər “Azərsell”in Müştəri Xidmətləri Mərkəzlərinə və yaxud eksluziv mağazalarına yaxınlaşmalıdırlar. Tələsin, telefonların sayı məhduddur!
Daha ətraflı məlumat üçün www.azercell.com ünvanına müraciət edə bilərsiniz.