Yuxarı

Hacı Məmmədovun ağlasığmaz cinayət əməlləri - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Hacı Məmmədovun həbsxanada intihar etməsi onun vaxtilə törətmiş olduğu cinayətləri bir daha gündəmə gətirib. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı ilə Hacı Məmmədov və onun dəstəsi 2005-ci ildə ifşa olunmuşdu. Ömürlük həbsə məhkum olunan H.Məmmədov cəzasının 12-ci ilində intihar etdi.

Axar.az xəbər verir ki, “Azərbaycanın bir nömrəli qanqsteri” adını daşıyan H.Məmmədovun adı silsilə qətllər, adam oğurluqları və başqa cinayət əməllərində hallanırdı.

DİN Cinayət-Axtarış İdarəsinin polkovnik-leytenantı H.Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində pul almaq məqsədilə sifarişli qətllər törədilib. Ümumilikdə cinayət işində qətllərə, adam oğurluqlarına, soyğunçuluq basqınlarına, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.

1. Tanınmış kriminalist Rövşən Əliyevin 2002-ci ildə qətli;

2. DİN-in sabiq polkovnik Fətulla Hüseynovun 2004-cü ildə qətli;

3. Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılovun 2001-ci ildə qətli;

4. 1998-ci ildə 3 çeçenin qətli və pul almaq məqsədilə çoxsaylı adam oğurluğu;

5. İş adamının oğlu Ülvan Bağırovun 1997-ci ildə azad edilməsinə görə 850 min dollar tələb edilməsi;

6. Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin oğurlanması və 2000-ci ildə azad edilməsinə görə 850 min dollar tələb edilməsi;

7. İş adamının oğlu Elşad Həsənovun azad edilməsinə görə 120 min dollar tələb edilməsi;

8. Süd zavodunun direktoru Zeynalabdin Babayevin oğurlanması və 1999-cu ildə azad edilməsinə görə 450 min dollar alması;

9. İş adamının oğlu İlham Qədimzadənin 1997-ci ildə azad edilməsinə görə 180 min dollar tələb edilməsi;

9. Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun oğurlanması və 2001-ci ildə azad edilməsinə görə 950 min dollar tələb edilməsi;

10. İş adamının oğlu Cavid Manafovun oğurlanması və 1998-ci ildə azad edilməsinə görə 650 min dollar tələb edilməsi;

11. Dövlət Sığorta Şirkətinin sədrinin oğlu Əhməd Məmmədovun oğurlanması və 1998-ci ildə azad olunmasına görə 850 min dollar tələb olunması;

12. İş adamı Hafiz Məmmədovun atasının oğurlanması və 2003-cü ildə azad edilməsinə görə 2 milyon avro və 200 min dollar tələb edilməsi;

13. Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması və 2005-ci ildə azad edilməsi müqabilində 15 milyon tələb edilməsi və s.

Dəstə 2005-ci il martın 10-da Azərbaycan Beynəlxalq Bankının rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın girovluqdan azad olunması üçün MTN-nin həyata keçirdiyi xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

Qeyd edək ki, 2006-cı il iyulun 4-də Ağır Cinayətlər üzrə Məhkəmədə hakim Alı Seyfullayevin sədrliyi altında Hacı Məmmədovun cinayətkar dəstəsinin işi üzrə proses başlayıb, həmin il dekabrın 15-də isə başa çatıb.

Hacı Məmmədov törədilən cinayətlərin demək olar ki, hamısını etiraf edib.

Xatırladaq ki, Hacı Teymur oğlu Məmmədov ötən gün Penitensiar Xidmətin müalicə müəsissəsində dəmir barmaqlıqdan mələfə ilə özünü asmaqla intihar edib.

Tarix
2017.12.04 / 16:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla