Yuxarı

Polis velosipedçiləri hansı qanunla saxlayıb? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Yol Polisinin velosipedi cərimə meydançasına aparması düzgün deyil. Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdəm kənarlaşdırılmalıdır. Sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov dünənki velosiped sürücülərini yol polisinin cərimə meydançasına aparması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq, velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur:

“Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar, bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.)”.

Ə.Hüseynov bildirib ki, Aeroport yolu avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə, çox təhlükəlidir:

“Velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsinin I hissəsi: I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır”.

Ə.Hüseynov bildirib ki qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb edə bilərdi:

“Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur”.

Qeyd edək ki, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin, “Synergy Baku” kontinental klubunun üzvləri dünən yürüş zamanı yol polisi tərəfindən saxlanılıb.

Polis təqribən 35 velosipedçini saxlayıb. Məlumata görə, velosipedçilər strateji əhəmiyyətə malik yol hesab edilən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində şəhər polisi ilə razılaşmadan icazəsiz olaraq hərəkət ediblər.

Tarix
2017.12.18 / 14:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla