Yuxarı

Vəkilliyə qəbul olmaq istəyənlərin - Nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Rəyasət Heyətinin 09.12.2017-ci il tarixli qərarı ilə vəkil olmaq arzusunda olan hüquqşünaslar üçün 11.12.2017-11.01.2018-ci ilədək sənəd qəbulunun davam etdirilməsi qərara alınıb.

Vəkilliyə namizədlərin test imtahanına hazırlaşmalarına köməklik etmək məqsədilə Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair aşağıdakı imtahan proqramını namizədlərin diqqətinə təqdim edir:

1. Xüsusilə diqqət yetirilməli olan qanunvericilik aktları: Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə, Əmək və Cəzaların İcrası məcəllələri, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlar.

2. Diqqət yetirilməli olan digər qanunvericilik aktları: Mənzil, Şəhərsalma və Tikinti, Vergi, Torpaq və Seçki məcəllələri, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “İcra haqqında” Qanun, “Notariat haqqında” Qanun, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Torpaqların dövlət ehtiyacları üçün geri alınması haqqında” Qanun, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun, “Prokurorluq haqqında” Qanun, “Polis haqqında” Qanun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun və “İnzibati icraat haqqında” Qanun.

Tarix
2017.12.19 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla