Yuxarı

Azərbaycanda dolu raketlə vurula bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dolu raketlə vurula bilər - Video

Yaz-yay mövsümündə ölkənin dağlıq və dağətətəyi bölgələrinə tez-tez dolu düşür. Bu isə fərdi və fermer təsərrüfatlarına, bağlara, əkin-səpinə ciddi ziyan vurur. Bir çox hallarda kəndlinin əkib-becərdiyi məhsul tamamilə məhv olur. Bu məqsədlə də Azərbaycanda doluya qarşı raket-artilleriya vasitələrindən istifadə bərpa oluna bilər.

Sovet dönəmində Azərbaycanda dolu əleyhinə 13 mübarizə dəstəsi olub. Dolunun təsərrüfatlara ziyan vurmasının qarşısını almaq məqsədilə doludağıdan toplardan istifadə edilib. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi doluya qarşı raket-artilleriya vasitələrindən istifadə olunmasıyla bağlı Nazirlər Kabinentinə layihə formasında təklif təqdim edib.

Hazırda doluya qarşı vasitələr dünyanın əksər ölkəsində, hətta qonşu Gürcüstanda tətbiq olunur. Yağan güclü dolu taxıl, kartof əkin sahələrinə, eləcə də meyvə ağaclarına zərər vurmasın deyə toplardan istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Radiometeorologiya və Aerologiya Mərkəzinin direktoru Səid Həsənoğlunun sözlərərinə görə, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib.

Bu metodla dolu düşməsinin qarşısı 70-80 faiz alınır. Atmosferin dolu yaranan qatına "Qrant" adlı raketlərdən atəş açılaraq temperatur süni şəkildə qaldırılır, nəticədə dolu suya çevrilir və yağış yağır.

Mövzu ilə bağlı "Xəzər Xəbəri"in daha ətraflı videomaterialını təqdim edirik:

Tarix
2018.02.05 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla