Yuxarı

Qaradağ icra məmurundan özbaşınalıq – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaradağ icra məmurundan özbaşınalıq – Şikayət

"Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi dedi ki, mənə evinin sənədləri lazım deyil. Hasar çəkməyin qiyməti 200 manat, bir mərtəbəli ev tikmək 1000 manat, iki mərtəbə ev tikmək isə 2000 manatdır".

Qaradağ rayonunun Qobustan qəsəbəsi sakini Mais Niftəliyev Axar.az-ın elektron ünvanına göndərdiyi şikayət məktubunda belə yazıb. Onun sözlərinə görə, 2005-ci ildən yaşadığı həyətinə hasar tikmək istəsə də, Qaradağ RİH buna imkan vermir.

M.Niftəliyev evinin bütün sənədlərini tikintiyə mane olan icra nümayəndəsinə təqdim edib. İcra nümayəndəsi isə sənəd yox, pul lazım olduğunu bildirib.

M.Niftəliyevin dediyinə görə, icra nümayəndəsi ilə birlikdə gələn bələdiyyə işçilərinin və polisin zorakılığına məruz qalıb.

"2005-ci ildə Qaradağ rayonu ərazisində qanunla, sənədlə torpaq alıb ev tikdirmişəm. O vaxtdan ailəmlə bu evdə yaşayıram. Həyətimin hasarını düzəltdirmək istəsəm də, icra hakimiyyətindən, bələdiyyədən gələn məmurlar imkan vermir.

Etiraz etdiyim zaman əllərimi qandallayıb polisə aparmaq istədilər. Həyat yoldaşımı və azyaşlı uşağımı da vurdular. Ancaq hadisənin şahidi olan qonşular bölməyə aparılmağıma imkan vermədilər", - deyə M.Niftəliyev iddia edir.

Şikayətçi özünə və ailəsinə qarşı edilmiş zorakılıqla əlaqədar "102" xidmətinə müraciət edib. Ondan izahat alınsa da, evinin hasarını tikməsinə hələ də imkan verilmir.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Daşdıyev Axar.az-a açıqlamasında bildirdi ki, İcra Hakimiyyətinin heç bir nümayəndəsi belə özbaşınalığa yol verə bilməz.

Şöbə müdiri məsləhət gördü ki, vətəndaş evinin sənədləri ilə birlikdə İcra Hakimiyyətinə müraciət etsin:

"Həmin şəxsin icra nümayəndəsi olduğu məlum deyil. Kimsə bundan istifadə də edə bilər. Mais Niftəliyevin bütün sənədləri yerindədirsə, ona heç kəs hansısa problem yarada bilməz. Mən şəxsən özüm onun problemi ilə maraqlanacağam. Sənədlərində hər hansı problem olarsa, icra başçısı Suleyman Mikayılovun qəbuluna düşməsinə şərait yaradılacaq".

Tarix
2014.08.03 / 09:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla