Yuxarı

“Azərpoçt”un vəzifəli şəxsləri barəsində cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərpoçt”un vəzifəli şəxsləri barəsində cinayət işi açıldı

"Azərpoçt" MMC-nin Kürdəmir rayon filialının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kürdəmir rayon filialının mərkəzi poçt şöbəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubovun qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılov ilə əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.08.05 / 11:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla