Yuxarı

Sabahın hava proqnozu: Yenə külək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın hava proqnozu: Yenə külək...

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata əsasən, Bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Aprelin 2-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Tarix
2018.04.01 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla