Yuxarı

Son vaxtlar 100 qramdan artıq içmirəm - Akademik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən əsəbi olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır.

Axar.az xəbər verir ki, bu sözləri AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Unikal.org-a müsahibəsində deyib. O, “küçük” ifadəsini yalnız bir jurnalistə aid etdiyini bildirib:

“O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, “Bakıda qar yağmayacaq”. Bu açıqlamadan sonra Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov mənim ünvanına “ölsün, yerə girsin belə akademik, gör nə deyib?!” sözlərini deyib. Mən bu sözə görə səhərə kimi yatmamışdım, mətbuata çox əsəbləşmişdim”.

Ramiz Məmmədov müsahibə zamanı “Azərbaycanda bir dənə də olsun savadlı jurnalist yoxdur” sözlərini də təkzib edib:

“Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mir Şahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var. Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın?! Mən bütün jurnalistlərə açıq adamam. Təəssüf ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını gözləmirdim”.

Professor həmin sözləri deyərkən içkili olması xəbərinin yalan olduğunu və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ona bu sözlərə görə irad bildirdiyini söyləyib:

“Mənim yaşım o yaş deyil. Son vaxtlar 50-100 qramdan artıq içmirəm. Akif Əlizadə mənə dedi ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu. Mən də Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!”

Qeyd edək ki, professor R.Məmmədov ondan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib. O, media nümayəndələri haqda “Bayaq “küçük” sözü dedim ha, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər” deyib.

Tarix
2018.04.02 / 12:54
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla