Yuxarı

Gəncədə qadını diri-diri yandıranlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə qadını diri-diri yandıranlar tutuldu

Daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində bu ilin fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilmiş qətlin açılması və onun törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, qeyd edilən tarixdə saat 20 radələrində Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkar edilmişdi. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb edilib.

Aparılmış istintaqla müəyyən edilib ki, A.Quliyev və Y.Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlmiş, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. M.İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə A.Quliyev və Y.Əliyev ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər.

İstintaq zamanı o da müəyyən edilib ki, A.Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibili bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

A.Quliyev və Y.Əliyev tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində əsaslı şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.11 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.08.13 / 14:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla