Yuxarı

Azərbaycanda iş adamı odlu silahla qətlə yetirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iş adamı odlu silahla qətlə yetirildi

Göyçay rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Kənd sakini 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Məlumata görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və dünyasını dəyişib.

Məlumata görə, Sahib Abbasov Alpoud kəndində çörək sexi işlədirdi və sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Dörd uşaq atası olan Sahib Abbasovun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi hələ ki, məlum deyil.

Hazırda qətli törədən şəxsi tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2014.08.13 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla