Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə
ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim
edir:
Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus
dülgər sexinin ərazisində taxta yonqarları 40 kv.m sahədə yanıb.
Yaxınlıqdakı sex və əraziyə yığılmış taxta məmulatları yanğından
mühafizə olunub. Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən
söndürülüb
***
Şəmkir rayonu, Sabirkənd kəndində (rayon
mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m
olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat
03:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Quba rayonu, İspik kəndində (rayon mərkəzindən
10 km aralı) istirahət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi
sahəsi 900 kv.m olan birmərtəbəli mansard tipli restoranın
mansardının yanar konstruksiyaları yanıb. Restoranın qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın saat 04:34-də yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli
yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd
elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın
saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi
rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə
Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və
xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb
edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin
mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub
ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi
götürülərək ərazidən uzaqlaşdırılıb. Xilasedicilər hüquq-mühafizə
orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib
və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 02:25-də başa
çatıb.
***
Şamaxı rayonu, Şərədil kəndində (rayon
mərkəzindən 20 km aralı) bələdiyəyə məxsus 1 ha sahədə müxtəlif
ağaclar və 1.5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı
yanğından mühafizə olunub. Yanğın saat 17:54-də yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli
yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi
170 kv.m olan 2 otaq, aynabənddən ibarət evin hamam otağına
yığılmış paltarlar və kitablar 9 kv.m sahədə yanıb. Mənzil
yanğından mühafizə olunub. Yanğın saat 19:40-də yanğınsöndürənlər
tərəfindən söndürülüb
***
Sabirabad rayonu, Nərimankənd kəndində
vətəndaşa məxsus 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot
bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın
saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb
***
Şirvan şəhərində ASC-yə məxsus ümumi sahəsi 12
kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları və
içərisinə yığılmış məişət tullantıları yanıb. Yaxınlıqdakı
tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:59-da
yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Şəki rayonu, Kiş kəndində (rayon mərkəzindən 8
km aralı) dağlıq ərazidə 2 ha sahədə kol-kos və qurumuş ağac
kötükləri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürmə avtomobili, 62
nəfər yanğınsöndürənlər və 38 nəfər kənd əhalisi cəlb olunub.
Yaxınlıqdakı meşə zolaqı yanğından mühafizə olunub. Yanğın saat
21:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb
***
Lənkəran rayonu, Seyidəkəran kəndində (rayon
mərkəzindən 18 km aralı) vətəndaşa məxsus 2 ton ot bağlamasının 500
kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə
olunub. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Cəlilabad rayon, Bəcirəvan kəndində (rayon
mərkəzindən 15 km aralı) meşə bərpası idarəsinə məxsus ərazidə 8 ha
sahədə meşə zolağı, qurumuş ağaclar, kötüklər və kol-kos yanmışdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2
ədəd helekopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 6 ədəd
yanğınsöndürmə avtomobili, 73 nəfər yanğınsöndürənlər və 40 nəfər
meşə təsərrüfatı işçiləri cəlb olunub. Meşə ərazisinin qalan
hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:21-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə daxil olan məlumata əsasən, 12 avqust 2014-cü il
tarixində Kür çayının Sabirabad rayonu ərəzisindən
keçən hissəsində batmış 1980-ci il təvəllüdlü Səfərov Rəşad Nəriman
oğlunun axtarışları başa çatıb. R.Səfərovun cəsədi batdığı yerdən
100 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 23 km
aralı, nəzarət olunmayan ərazidə) "Cənub" dalğıc axtarış qrupunun
xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə
təhvil verilib. Əməliyyat saat 02:00-da başa çatıb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov
rayonunda onmərtəbəli yaşayış binasının liftində 2 nəfər
köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq
səbəbindən 10-cu mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə
liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait
yaradıbar. Əməliyyat saat 01:31-də başa çatıb.