Yuxarı

Heydər Əliyev Mərkəzi ətrafındakı binalar sökülür – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev Mərkəzi ətrafındakı binalar sökülür – Özəl

Nərimanov rayonunda köhnə binaların sökülməsinə start verilir. "Axar.az"ın əldə etdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzi ilə "Saatlı bina" adı ilə tanınan bina arasındakı 6 bina söküləcək.

Həmin binalarda yaşayan sakinlərin "Axar.az"a bildirdiyinə görə, onlara evlərindən çıxmaq üçün dekabrın 15-nə qədər vaxt verilib:

"Bizə deyirlər ki, bu köhnə binaları söküb, yerində 7 mərtəbəli binalar tikəcəklər. Bu binalardakı əhali artıq başqa yerlərdə kirayə ev axtarır. Hamının kirayə pulunu da dövlət qarşılayacaq. Elə adam var ki, ona 300 manat, elələri də var ki, 400-500 manat verəcəklər. Deyirlər, iki il kirayə oturandan sonra burda tikiləcək binalardan mənzilimizi verəcəklər. Biz də razılaşmışıq", – deyə, sakinlər bildirib.

Sakinlər onu da bildiriblər ki, arzusunda olan şəxs evini hər kvadrat metrinə görə 1500 manatdan sata da bilər:

"Burda heç kim evini satmaq istəmir. Şəhərin ən yaxşı yerlərindən biridir. Hamı 2 il başqa yerdə yaşayacaq, binalar tikilən kimi daha geniş evlərə geri qayıdacaq. Bu bizə sərf edir".

Məlumat üçün bildirək ki, bu binalar 3 və 4 mərtəbəlidir. Böyüklüyündən asılı olaraq, həmin binalarda 30, 45, 60 və daha çox ailə yaşayır.

Binaların sökülməsinə gələn ilin əvvəlindən başlanılması gözlənilir. Tikinti işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək "Avropa Oyunları"na qədər yekunlaşacağı bildirilib.

Qeyd edək ki, həmin binaların fasadı 3 il öncə yüksək səviyyədə təmir olunsa da, binalar "xruşşovka"lardır və artıq öz ömürlərini vbaşa vurublar. Ötən il həmin sıradakı köhnə "xruşşovka"lardan biri söküldü, sakinlər yaxınlıqdakı yeni tikiliyə köçürüldülər. Əvəzində isə sakinlərin ürəyincə olan yaşıllıq ərazisi daha da genişləndirildi.

Tarix
2013.11.28 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla