Yuxarı

Milli qəhrəmanın adının silinməsi qalmaqalına cavab – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli qəhrəmanın adının silinməsi qalmaqalına cavab – Rəsmi

"Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinə hörmət bəslənilməsi milli təhsil konsepsiyamızın vacib elementini təşkil edir".

Bu sözləri Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 23 nömrəli orta məktəbin Milli Qəhrəman Tahir Həsənovun adından çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir təhsil ocağında Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdikləri döyüş yoluna həsr olunmuş xüsusi guşələr var:

"23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir. Şəhid adının əbədiləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı aidiyyəti qurumların qarşısında vəsatət qaldırıb".

Cəsarət Valehov onu da qeyd etdi ki, Təhsil Nazirliyi mətbuat orqanlarında və sosial şəbəkələrdə milli qəhrəmanların adlarının hər hansı sensasiya axtarışında istifadə olunmasını təəssüf hissi ilə qarşılayır və qətiyyətlə pisləyir.

Xatırladaq ki, mediada 23 saylı orta məktəbdən Tahir Həsənovun adının götürülməsi və buna görə də milli qəhrəmanın anasının narahatlıq keçirdiyi barədə xəbərlər yayılıb.

Tarix
2014.08.28 / 10:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla