Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə
ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim
edir:
Abşeron
rayonu, Fatmayı kəndində
vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan mağazanın dam örtüyü 5
kv.m sahədə, mağazanın içərisində olan 2 ədəd soyuducu və 1 ədəd
televizor yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Cəlilabad rayonu, Sadatlı kəndində (rayon
mərkəzindən 24 km aralı) meşə ərazisində 1,5 ha sahədə kol-kos,
quru ot və ağaclar yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından
mühafizə olunub.Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 20
kv.m olan köşkün taxta üzlüyü və əraziyə yığılmış məişət
tullantıları 20 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından
mühafizə olunub.Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi
110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları
yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat
06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Ağcabədi şəhərində vətəndaşa məxsus taxta
sexinin ərazisində ümumi sahəsi 27 kv.m olan köməkçi tikilinin
taxta üzlüyü yanıb. Sex yanğından mühafizə olunub. Yanğın saat
22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
İmişli rayonu, Otuziki kəndində vətəndaşa
məxsus 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan
hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Salyan rayonu, Xalac kəndində vətəndaşa məxsus
ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar
konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
Ağdaş rayonu, Ləki qəsəbəsində vətəndaşa məxsus
ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyünün yanar
konstruksiyaları 10 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər
tərəfindən söndürülüb.
***
Ağdaş rayonu, Qarağan Sədi kəndində vətəndaşa
məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar
konstruksiyaları yanıb. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə
olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.
***
İsmayıllı rayonu, Soltankənd kəndində (rayon
mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m
olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 4
ton ot bağlaması və "VAZ" markalı minik avtomobilinin yanar
hissələri yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 03:13-də
yanğınsöndürənlər tərəfindən söndürülübr.