Yuxarı

Professorun Rusiyadakı savadsız çıxışı yayıldı: özü danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas Əkrəm Həsənov mənim əsas çıxışımı yox, açılışdakı giriş nitqimi paylaşır.

Bu sözləri Axar.az-a BDU-nun professoru Məhəbbət Dəmirçiyeva sosial şəbəkələrdə tənqidə məruz qalan Rusiyanın Anapa kurortunda keçirilən konfransdakı çıxışı haqqında danışarkən deyib. O bildirib ki, Əkrəm Həsənov videonu təhrif olunmuş halda paylaşıb:

“Moskvada “Qanun” (“Zakon”) jurnalı nəşr olunur. Mənim məqaləm o jurnalda dərc olunub. Buna görə də həmin konfransa dəvət aldım. Biz konfransın mövzusu ilə bağlı əvvəlcədən məqalə göndəririk. Əgər o qəbul olunursa, dəvət alırıq. Mən də məqaləmi ailə hüququna həsr eləmişdim. Konfransın proseduru belədir: əvvəlcə açılışda tribuna qarşısında 3 cümlə deyib əyləşirsən. Sonra isə iştirakçılar sektorlara bölünür. Məsələn, əmək hüququ, cinayət hüququ və digər sektorlar. Hər sektorun da öz nümayəndələri olur”.

M.Dəmirçiyeva onu da bildirib ki, hüquqşünas Əkrəm Həsənov ona qarşı qərəzli mövqe göstərir və onun telefon zənglərinə cavab vermir:

“Mən 22 il bundan qabaq rus dilində diplom müdafiə etmişəm. Aradan illər ötüb və 22 ildir rus dilində danışmıram. Orada əvvəlcədən də qeyd etdim ki, rusdilli deyiləm, amma yenə də fikrimi bildirirəm.

Əkrəm Həsənov məndən başqa orada çıxış edən digər şəxslərin də videosunu yayımlayardı ki, görək, kim orada qanundan danışıb. O, videonu gecə saat 2-də yayımlayıb. Hər yerdə də blok edib ki, ona rəy yaza bilməyək. Ona qarşı cinayət işi açılması ilə bağlı materiallar yığılmışdı, bunların işıqlandırılmasına mən icazə verməmişəm.

Bunlar narahatdırlar ki, məni orada hansısa işə dəvət edəcəklər. Ona görə haqqımda mənfi rəy yaratmaq istəyirlər. Belə şeyləri vecimə almıram”.

Qeyd edək ki, hüquqşünas Əkrəm Həsənov BDU-nun Mülki hüquq kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyevanın Rusiyada (Anapa kurortunda) media üzrə konfransdakı çıxışını Feysbukda paylaşaraq, onun rus dilində zəif bildiyini və mövzudan kənar danışdığını qeyd edib.

Tarix
2018.06.08 / 18:14
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla