Ötən gün Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yol
hərəkəti qaydasının pozulması dava-dalaşa səbəb olub.
Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə,
işıqforun qırmızı işığına məhəl qoymayan 90 RA 428 dövlət nömrə
nişanlı "Şaqman" yük maşını manevr edərkən 90 VD 049 nömrə nişanlı
"Hunday" avtomobilinə toxunub. Yük maşınının sürücüsü onunla
toqquşan avtomobilin sürücüsünün xanım olduğunu görüb, qəza
yerindən uzaqlaşmaq istəsə də, istəyinə nail ola bilməyib. "Şaqman"
sürücüsünü təqib edən zərərçəkən tikinti aparılan ərazidə onu
haqlayıb. Xanım sürücü özünə qarşı kobud rəftarı gördükdən sonra
həyat yoldaşını və onun dostunu hadisə yerinə çağırıb.
Tərəflər arasındakı mübahisə davaya qədər qalxıb.
Mübahisə və davanı əks etdirən görüntüləri təqdim edirik: