Yuxarı

Azərbaycanda şagirdlərə pulsuz planşetlər paylanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda şagirdlərə pulsuz planşetlər paylanacaq

"Azərbaycanda dərsliklərin elektron formada hazırlanması və planşetlərə yüklənməsi istiqamətində ilk addımlar atılıb".

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev APA-ya açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yaxın gələcəkdə elektron dərsliklərə keçid məsələsi qarşıda dayanır. Bununla bağlı ilk addımların atıldığını deyən Ə.Quliyev qeyd edib ki, nazirlik yeni hazırlanan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formaları nəşriyyatlardan alınıb: "Bu da gələcəkdə dərsliklərin elektron formasının hazırlanmasında bizim üçün əlavə resurs olacaq. Qarşıdakı illərdə bütün ümumi məktəb şagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək".

Nazirlik rəsmisinin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur: "Lakin son illərdə bir çox ölkələrdə həyəcan siqnalı çalınır ki, elektron dərsliklərdənsə ənənəvi dərsliklər yaxşıdır. Bu gün dünyada qloballaşma prosesi gedir. Belə bir zamanda müəyyən qrup insanlar elektron dərslikləri istəyir, digər qrup isə elektron dərslikləri dəstəkləyir".

Tarix
2014.09.12 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla