Yuxarı

Şikayət: məktəb direktoru pul yığır - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şikayət: məktəb direktoru pul yığır - Foto/Yeniləndi

15:03

Xətai rayonunda yerləşən 138 nömrəli məktəbin direktoru hər sinifdən 500 manat pul yığır.

Bu barədə Axar.az-a sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Onlar yeni dərs ilinin hələ təzə başlamasına baxmayaraq, məktəbin direktoru Mirfaiq Mirabbas oğlu Mirheydərlinin özbaşınalığından cana gəldiklərini deyirlər.

Valideynlərin sözlərinə görə, direktor məktəbdə reketliklə məşğuldur:

"Direktor Mirfaiq müəllim deyir burada mənəm, Bağdadda kor xəlifə. Məktəbdə hər sinifdən 500 manat pul tələb edir. Müəllimlər də məcbur olub bunu uşaqlardan yığır. Hələ təhdid də edir ki, verməsəniz, sinifləri ikinci növbəyə keçirərəm. Heç kəsi nəzərə almır. Məktəbdə imkanı olan da var, olmayan da. Axı haradan tapsınlar bu qədər pulu?"

Valideynlər bu etirazlarını sosial şəbəkədə də bildiriblər və əlaqə nömrəsi qoyublar.

Rəsmilərin münasibətini öyrənməyə çalışırıq...

***

Valideynlərin Axar.az-a verdiyi məlumata görə, hazırda məktəbin direktoru bu məsələ ilə əlaqədar iclas keçirir. Məktəbdə təhsil alan bütün şagirdlərin valideynləri təcili iclasa dəvət olunub.

Tarix
2014.09.17 / 16:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla