Yuxarı

Paytaxtda saxta sürücülük vəsiqəsi verilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxtda saxta sürücülük vəsiqəsi verilir - Foto

Bakıda sürücülük vəsiqəsini imtahansız verən şəxslər peyda olub.

Axar.az xəbər verir ki, paytaxtın bir çox yerlərində imtahansız sürücülük vəsiqəsinin verilməsi ilə bağlı elanlar asılıb. Asılan elanlarda sürücülük vəsiqəsinin beynəlxalq mahiyyətli olduğu əks olunub.

Elanda asılmış nömrə ilə əlaqə saxlasaq da, cəhdimiz baş tutmayıb. Əlaqə üçün verilmiş nömrələrin işləmədiyi bildirilir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a bildirib ki, o elanları kimlərin verməsindən xəbərsizdir:

"Belə bir sürücülük vəsiqəsi verilə bilməz. Kiminsə nəzəri və təcrübi biliyi yoxlanılmadan sürücülük vəsiqəsini necə vermək olar? Belə çıxır ki, kimsə saxta sənəd verməklə məşğuldur. Belə bir şey varsa, araşdırarıq".

Qeyd edək ki, qanunvericiliyə görə, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidir. Bundan əlavə, ölkə üzrə verilən sürücülük vəsiqəsində 4 dildə - Azərbaycan, fransız, ingilis və rus dillərində informasiyalar var. Ölkə kənarında avtomobil idarə etmək üçün mövcud sənədin yalnız notariat təsdiqi kifayətdir.

Tarix
2014.09.24 / 11:23
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla