Yuxarı

Hüseynqulu Bağırov Azərbaycana yeni sistem gətirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseynqulu Bağırov Azərbaycana yeni sistem gətirir

Azərbaycanda hidrometeoroloqlar üçün daha müasir sistemin quraşdırılmasına başlanılıb.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Nazirlikdən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında davam edən əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilir.

Belə ki, Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasındakı əməkdaşlığın davamı olaraq, Departamentdə son dəfə 2010-cu ildə quraşdırılmış "TÜRKMETCAP" sisteminin daha müasir versiyası olan "METCAP+" sisteminin bu günlərdə quraşdırılmasına başlanılıb.

Hazırda istifadədə olan VSAT-Peyk məlumat mübadiləsi sistemi ilə proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, quraşdırılmaqda olan "METCAP+" sinoptik vizuallaşdırma və təhlil proqramının köməyi ilə çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri, hər 15 dəqiqədən bir yenilənən peyk məlumatları əldə olunacaq, eyni zamanda informasiya mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, yeni sistem quraşdırıldıqdan sonra Türkiyə mütəxəssisləri tərəfindən yerli sinoptiklər üçün bir həftəlik treninqlər təşkil olunacaq.

Hidrometeorologiya sahəsində yeni texnologiyaların, o cümlədən, qeyd olunan sistemin tətbiqi ölkəmizdə hidrometeorologiya xidmətinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək

Tarix
2014.09.24 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla